Yeyib-içən 4 nəfər bir-birini bıçaqlayıb

05:18 26-07-2019 832

Xətai rayonunda 4 nəfər bıçaqlanıb. 

HerGun.Az xəbər verir ki, rayonun Sarayeva 18 ünvanında yerləşən kafedə 4 nəfər yeyib-içdikdən sonra onlar arasında mübahisə yaranıb. 

1964-cü il təvəllüdlü Həsənov Tural Əziz oğlu, 1973-cü il təvəllüdlü Nurməmmədov Vüqar Seyfəddin oğlu, 1976-ci il təvəllüdlü Fərhadov Babək Feyruz oğlu və Məmmədov Vüqar Ziyəddin oğlu bıçaqlanıb. 

İlkin məlumata görə, əvvəlcə T. Həsənov yeyib-içdikdən sonra bıçaqla B. Fərhadov, V.Nurməmmədov və V.Məmmədova xəsarət yetirib. 

Daha sonra yaralılardan biri Turalın əlindəki bıçağı götürərək onu yaralayıb. Yaralılar təcili olaraq xəstəxnaya yerləşdirilib. Tural Həsənova üzün çoxsaylı kəsilmiş yaraları diaqnozu qoyulub. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. 

Kamil Əmirli, Elşad Mətləboğlu