“Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından altı il ötür

15:00 27-10-2020 521

“Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından altı il ötür.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İnformasiya Agentliyi ötən altı il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

“Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiqləyib. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər nüfuzlu beynəlxalq KİV-lərin də diqqət mərkəzində olub.

“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

HerGun.Az kollektivi “Report” İnformasiya Agentliyinin kollektivini təbrik edir, daha böyük uğurlar arzulayır.