“Barselona”nın prezidenti istefa verdi

00:40 28-10-2020 894

“Barselona”nın prezidenti Xosep Bartomeu istefa verib.

Bu barədə “Sports.ru” “Diario Sport”a istinadla məlumat yayıb.

Bildirilib ki, Bartomeu ilə birlikdə İdarə Heyətinin üzvləri də vəzifələrindən ayrılmaq qərarına gəliblər.

İstefanın səbəbi prezidentə etimadsızlıq göstərilməsi olub. Məlumatın tezliklə klub tərəfindən rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Bartomeu daha əvvəl istefa verməyəcəyini bildirmişdi.