Britaniyadan koronavirus peyvəndi ilə bağlı bədbin proqnoz: “Özümüzü hazırlamalıyıq”

09:40 28-10-2020 345

Birinci nəsil koronavirus peyvəndi bütün insanlar üçün təsirli olmayacaq.

Bunu Böyük Britaniya hökumətinin peyvənd işçi qrupunun rəhbəri Kate Binqham “The Lancet”ə açıqlamasında deyib.

“Birinci nəsil peyvəndlərin mükəmməl olmaması ehtimalı var, biz onun infeksiyanın qarşısını almayacağına, simptomları azaldacağına özümüzü hazırlamalıyıq”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, hətta bu halda belə peyvənd hamı üçün təsirli olmayacaq və ya uzunmüddətli təsir göstərməyəcək.