İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi” - FOTO

16:40 28-10-2020 414

Prezident İlham Əliyev işğaldan azad olunmuş yeni ərazilərin adlarını açıqlayıb.

Bununla bağlı dövlət başçısı “Twitter”də paylaşım edib:

“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”