Xəsarət alan beş yaşlı uşağın babası: “Çalışdım ki, nəvələrimi gizlədim” - VİDEO

22:00 28-10-2020 419

Bu gün düşmənin Bərdədə törətdiyi qanlı terror aktlarında xəsarət alanlardan biri də beş yaşlı Abbasov Əli Yusif oğludur.

Baku TV xəbər verir ki, düşmən hücum edərkən Əlinin ailəsi evdə olub.

Əlinin babası bildirib ki, o, nahar fasiləsində işdən evə gəlib:

“Evdə yeddi nəfər idik. Nəvəm xəsarət alıb. Qəlpə şüşələri sındırdı. Uşağın alnı, üzü qan içində idi. Ona görə təcili xəstəxanaya apardıq”.