“Qarabağ” “Vilyarreal”la qarşılaşmadan öncə hazırlıqlarını tamamladı - FOTO

03:20 29-10-2020 359

Azərbaycan çempionu “Qarabağ” klubu UEFA Avropa Liqasında qrup mərhələsinin ikinci oyunundan əvvəl son hazırlıqlarını tamamlayıb. 

Bununla bağlı fotolar “Qarabağ”ın rəsmi “Facebook” hesabında yayımlanıb. 

Xatırladaq ki, UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi və Azərbaycan millisi ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir. Buna görə də “Qarabağ” - “Vilyarreal” oyunu İstanbul şəhərində “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 21:55-də başlayacaq. 

Qarşılaşmanı Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qrup mərhələsinin ilk oyununda “Qarabağ” Təl-Əvivdə “Makkabi” klubuna 0:1 hesabı ilə məğlub olub. “Vilyarreal” isə “Sivasspor”a 5:3 hesabı ilə qalib gəlib.