Qadın təyyarədə kütləvi davaya səbəb oldu - VİDEO

09:00 29-10-2020 426

Sərnişin Puerto-Rikoda tyyarədə baş verən kütləvi davanı telefonunun kamerası vasitəsilə lentə alıb. 

Bununla bağlı “New York Post” məlumat yayıb. 

Görüntülərdən qadın sərnişinin təyyarədə kişini vurması əks olunub. Bundan sonra digər sərnişinlər də davaya qoşulub. 

Qadın zərbələrdən birinin təsirindən kresloya yıxılıb. İlkin ehtimallara görə, davaya səbəb sərnişinlər təyyarənin göyərtəsində olan üç qaradəriliyə qarşı irqçi şüarlar səslənməsi olub. 

Məlumatlarda qadının polislər tərəfindən saxlanıldığı bildirilib.