“Azərsu” 1,6 milyon manatlıq müqavilə bağlayıb

12:40 29-10-2020 401

“Azərsu” ASC dəyəri 1 milyon 605,2 min manat həcmində müəyyənləşən açıq tenderinə yekun vurub.

HerGun.Az-ın dövlət elektron satınalmalar portalından əldə etdiyi məlumata əsasən, tenderin qalibi “İzolbeton” MMC olub.

Belə ki, bağlanmış müqavilə əsasında izolyasiya və hidroizolyasiya işlərinin satın alınması şirkətə həvalə olunub.

Nigar Məmmədova