Üzgüçümüz finalın bir addımlığında

11:36 26-07-2019 871

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Bakıda keçirilən XV Avropa Olimpiya Festivalı çərçivəsində 50 metr məsafəyə sərbəst üzmə yarışında yarımfinala vəsiqə qazanıb.

HerGun.Az xəbər verir ki, idmançımız bu mərhələyə 26.72 saniyə nəticə ilə yüksəlib.

Finişə Serbiya atleti Nina Stanisavleviç birinci çatıb. Onun nəticəsi 25.64 saniyə olub.

Qeyd edək ki, qızlar arasında yarımfinal və final mərhələsi axşam sessiyasında keçiriləcək.