Azərbaycanlı Rusiyada yol polisinə rüşvət vermək istədi, iş məhkəməyə getdi

12:54 26-07-2019 1401

Azərbaycan vətəndaşı Rusiyanın Bryansk vilayətində rüşvət verməyə cəhd etməkdə təqsirli bilinib.

Bryansk vilayətinin Vıqoniçsk rayon prokurorluğu Azərbaycana qarşı cinayət işi üzrə ittihamı dəstəkləyib.

O, rüşvət verməyə cəhddə təqsirli sayılır. Məhkəmədə müəyyən edilib ki, azərbaycanlı iyunun 19-da Bryansk-Novozıbkov trasında Dövlət Partul Xidmətinə məxsus xidməti avtomobilin salonunda Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşına rüşvət verməyə çalışıb.

O, yol hərəkəti qaydalarını pozduğuna görə min rubl qarşılığında inzibati məsuliyyətdən xilas olmağa cəhd edib.

Müfəttiş təklifdən imtina edərək bu barədə rəhbərliyə məlumat verib.

Məhkəmə sürücünü 30 min rubl məbləğində cərimələyib. Hökm hələlik qanuni qüvvəyə minməyib.