COVID-19-a yoluxan pasiyent xəstəlik üzündən səkkiz barmağını itirib - FOTO

03:20 14-11-2020 346

COVID-19-a yoluxan pasiyent xəstəlik üzündən səkkiz barmağının falanqını itirib.

Bu barədə “People” xəbər yayıb.

Bildirilir ki, 53 yaşlı Qreq Qarfild 2020-ci ilin fevralında dostları ilə İtaliyaya xizək gəzintisində olarkən COVID-19-a tutulub. O, elə səyahət əsnasında özünü pis hiss edib. Los-Ancelesə - evinə qayıtdıqda isə simptomlardan ailə həkiminə şikayət edib. Həkim onu koronavirus testindən keçirib, cavablar müsbət çıxıb. Amerikalı kişi ağır nəfəs alması və ağciyərlərində ağrı şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

İki gün sonra Qarfild ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub. Xəstədə ağırlaşmalar baş verib: qan təzyiqi kəskin şəkildə düşüb, sepsis, poliorqan çatışmazlığı və stafilokok infeksiyası yaranıb.

Həkimlər onun cəmi bir faiz yaşama şansı olduğunu bildirsələr də, bunun üçün əllərindən gələni ediblər. Nəhayət, aprel ayında o, adi palataya köçürülür.

Ancaq 22 kq arıqlayan kişinin ayağında üç barmağı qaralmağa başlayır, əlində isə səkkiz barmağının yuxarı falanqları amputasiya olunur.

Qarfild xəstəxanaya yerləşdirilməsindən 64 gün sonra evə buraxılıb.

Bundan sonra əl və ayaq barmaqlarının bərpası üçün yeddi əməliyyat keçirib.

Buna baxmayaraq, Qarfild özünü dünyanın ən şanslı adamı hesab edir və dekabr ayında yenə xizək sürməyə hazırlaşır.

O, həmçinin həmvətənlərini COVID-19-la bağlı bütün tələblərə riayət etməyə çağırıb.