Balakəndə fərdi yaşayış evi yandı - VİDEO

08:40 14-11-2020 417

Balakən rayonu fərdi yaşayış evində yanğın baş verib.

Baku TV xəbər verir ki, hadisə Meşəşambul kəndində Musa Dibirova məxsus ümumi sahəsi 120 kv/m olan, kürsülü birmərtəbəli ikiotaqlı evdə qeydə alınıb.

Yanğın nəticəsində evin 1 otağının tavanı və dam örtüyü 60 kv/m sahədə yanıb. Evin qalan hissəsi Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb, lakin evə ciddi ziyan dəyib. Hadisənin baş vermə səbəbləri araşdırılır.