Paşinyana sui-qəsd hazırlanıb

19:00 14-11-2020 336

Erməni vəkil Lusine Saakyan öz “Facebook” səhifəsində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və “Vətən” partiyasının lideri Artur Vanetsyanın həbs olunduğu barədə məlumat yayıb.

Vəkilin sözlərinə görə, A.Vanetsyan hakimiyyəti qəsb etmək cəhdində və Nikol Paşinyana sui-qəsdin hazırlanmasında günahlandırılır.

Eyni zamanda erməni mediası hüquq-mühafizə orqanlarının əməkdaşlarının axtarış aparmaq məqsədi ilə  A. Vanetsyanın valideynlərinin yaşadığı mənzilə daxil olduqlarını bildirib.