Göyçayda yeniyetmə doğum günündə faciəli şəkildə öldü

11:20 15-11-2020 374

Göyçay rayonunda yeniyetmə faciəli şəkildə ölüb.

APA-nın xəbərinə görə, hadisə ötən gün axşam saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu uşaqlarla birgə oynayarkən ehtiyatsızlıq edib, həyətin dəmir darvazasını qəflətən üstünə aşırıb.

Ağır bədən xəsarətləri alan Fərid Qədirov təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

O, tibbi yardım göstərilməsinə baxmayaraq, vəfat edib. Qeyd edək ki, 14 noyabr Fərid Qədirovun ad günü idi, onun 15 yaşı tamam olurdu.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.