Bakıda kişi qadını şantaj etdi – İntim əlaqədə olmaq üçün

12:36 27-07-2019 703

Bakının Suraxanı rayonunda kişi qadını təhdid və şantaj yolu ilə intim əlaqəyə məcbur etməyə cəhd edib.

Bu barədə HerGun.Az-a Suraxanı rayon Polis İdarəsindən məlumat veriblər.

Məlumata əsasən, 29 yaşlı X.B. 31-ci Polis bölməsinə müraciət edərək bildirib ki, Tərlan adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq intim əlaqədə olmağı tələb edib.

Kişi əks təqdirdə qadını sosial şəbəkədə rüsvay etməklə, eləcə də onun 10 yaşlı qızını qaçırmaqla hədələyib.

Lakin qadın kişinin hədədən əməli işə keçməsini gözləməyərək kömək üçün polisə müraciət edib.

Hazırda əməliyyatçılar həmin şəxsin aşkar edilməsi istiqamətində iş aparırlar.

Ramella İbrahimxəlilova