Qəzaya uğramış hərbi təyyarə ilə bağlı növbəti açıqlama - VİDEO

13:00 27-07-2019 488

Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir.

Müdafiə Nazirliyinin məlumatına əsasən, hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar  axtarışlar davam edir.

Axtarışlarla bağlı yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Qeyd edək ki, iyulun 24-ü saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Qəza nəticəsində MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.