Rusiyada narkotik satan azərbaycanlını 20 ilə qədər həbs gözləyir

15:25 14-11-2018 18

Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin Novosibirsk vilayəti üzrə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik satışı ilə məşğul olan 22 yaşlı azərbaycanlının şəxsiyyətini müəyyən edərək saxlayıblar.

HerGun.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxs əvvəllər də analoji cinayətdə ittiham olunaraq, məsuliyyətə cəlb edilib.

Şübhəlinin Kalininqrad rayonu ərazisində saxlanıldığı bildirilir. Baxış zamanı onun üzərindən 30 qram heroin tapılıb. Polislər narkotik maddənin satış üçün nəzərdə tutulduğunu ehtimal edirlər.

Hazırda saxlanılan Azərbaycan vətəndaşına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi (narkotik vasitələri satmağa cəhd) üzrə cinayət işi açılıb.

Qeyd edək ki, həmin maddə üzrə cinayət işi 20 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. 

Hazırda faktla bağlı araşdırma aparılır.