Liberman istefa verdi

15:35 14-11-2018 16

İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib.

HerGun.Az-ın xəbərinə görə, Liberman bu barədə mətbuat konfransında bəyan edib.

O bildirib ki, istefasına səbəb Qəzza zolağında fələstinlilərə qarşı hərbi əməliyyatların dayandırılmasıdır.

Qeyd edək ki, Liberman 2016-cı ildən İsrailin müdafiə naziri vəzifəsində çalışıb.