Almanlar səhiyyə nazirliyinin səlahiyyətlərinin artırılmasına etiraz edir - VİDEO

06:00 19-11-2020 486

Almaniyada Bundestaqın qarşısına yığışan etirazçılar polisdən onları parlamentin binasına buraxmağı tələb edir.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, əraziyə əlavə polis qüvvələri cəlb edilib, Bundestaqın binasına aparan prospekt bağlanılıb.

Xatırladaq ki, bu gün Almaniya parlamenti əhalinin yoluxucu xəstəliklərdən müdafiəsi haqqında yeni qanunun layihəsi qəbul etməyə hazırlaşır.

Yeni qanun pandemiya vəziyyətində mümkün məhdudlaşdırıcı tədbirlər baxımından Almaniya Səhiyyə Nazirliyinin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirir.