Avtoservisdən 34 min pul oğurlayan usta tutuldu

17:45 27-07-2019 897

Avtoservislərin birindən 34 min manat pul oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisindəki avtoservislərin birindən 34 000 manat pul oğurlamaqda şübhəli bilinən, orada usta işləyən Siyəzən rayon sakini C.Nurbabazadə saxlanılıb.