Dünya səyahətinə çıxan kloun gəmidə dava saldı

23:36 27-07-2019 843

Kloun geyimi geymiş sərnişin səyahət gəmisində dava salıb. 

HerGun.Az "Vesti.ru"-ya istinadən verdiyi xəbərə görə, mübahisə zamanı bir neçə dənizçi xəsarət alıb, belə ki, tərəflər mebeldən və qab-qacaqdann silah əvəzinə istifadə ediblər. 

Əslində, gəmidəki ziyafət üçün dress kod kimi qadınlar gecə paltarında, kişilər isə kəpənək-qalstuklarda olmalıymışlar. Amma qonaqlardan biri kloun geyimində gəlib və bu, sərniinlərin narazılığına səbəb olub. Onu restorandan çıxarmağa çalışanda isə dava düşüb.

Şahidlərin sözləribə görə, mebellər göydə uçurmuş, yerdə isə qan gölməçəsi yaranıb.  

On altıncı mərtəbədə yerləşən restorana polis çağırılıb.

Gəmi Norveçdən İngiltərəyə yön alsa da, hadisədən sonra sərnişinlər gəmidən düşməli olublar. Pois araşdırma aparıb. İki nəfər saxlanılıb.