COVID-19 xəstələrinin müalicəsinə cəlb olunan tibb və qeyri-tibb işçilərinə bu ay üzrə müddətli əlavə ödənilib

14:40 24-11-2020 343

“Yeni növ koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli, 442 nömrəli qərarına əsasən oktyabr ayı ərzində tibb işçilərinin əməkhaqlarına müddətli əlavələr ödənilib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyi tərəfindən koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə müddətli əlavələr ödənilib.

Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1346 tibb işçisinə 1,07 milyon manat məbləğində müddətli əlavə ödənilib.

Qeyd edilən işçilərin əməkhaqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq ödənilib.