Rusiyada altı uşağı girov götürən kişi onları baltalamaqla hədələyir – VİDEO

15:40 24-11-2020 401

Rusiyanın Sankt-Peterburq şəhərində kişi altı övladını girov götürərək, onları baltalamaqla hədələyir.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, polis onunla danışıqlar aparır.

Bildirilir ki, 38 yaşlı ev sahibinin tələbləri bəlli deyil. O, əvvəlcə arvadını küçəyə qovub, sonra uşaqları ilə hədələməyə başlayıb. 

Hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub.