Kubra Məhərrəmova işğaldan azad edilmiş Füzulidə gördüklərindən danışdı - VİDEO

19:00 24-11-2020 462

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfərindən sonra bir qrup jurnalistin də Füzuliyə ekskursiyası təşkil olundu.

Ölkəmizdə fəaliyyət göstərən bir sıra media orqanlarının əməkdaşları işğaldan azad edilmiş ərazilərlə tanış olub, hazırkı vəziyyəti öz gözləri ilə müşahidə ediblər.

Həmin səfərdə olan jurnalistlərdən biri, Kubra Məhərrəmova Füzuli haqqında təəssüratlarını “İctimai TV”də yayımlanan “Sabahın xeyir, Azərbaycan!” verilişində tamaşaçılarla bölüşüb.

Sözügedən verilşin görüntülərini təqdim edirik: