Afrikada seçkilərdə Adolf Hitler qalib gəlib - FOTO

06:40 04-12-2020 475

Namibiyada Adolf Hitler adlı siyasətçi Oşana regional seçkilərində 85 faiz səs toplamaqla qalib gəlib.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Soyadı Unona olan politoloq adının Adolf Hitlerin şərəfinə qoyulduğunu etiraf edib. Lakin atası övladına bu adı qoyarkən əslində “məşhur avstriyalı rəssam”ın xatirəsini əbədiləşdirmək istəyib. Ən maraqlısı isə yeniyetməlik dövrünə qədər siyasətçinin özü də adını normal hesab edib.

Namibiyalı siyasətçi nasist ideoloqiyası ilə əlaqəli olmadığını və dünya hegemonluğuna çalışmadığını vurğulayıb.

Qeyd edək ki, Namibiya vaxtilə Almaniyanın müstəmləkəsi olub. Ölkədə indinin özünə qədər alman adları və toponimləri geniş yayılıb.