Pilləkənin altından aşkarladığı gizli otaq dəhşətə gətirdi - FOTO

16:00 04-12-2020 373

“Perspicuum” ləqəbli istifadəçinin valideynlərinin yeni evində çəkdiyi fotolar sosial şəbəkələrdə böyük maraq toplayıb. Görüntülərdə pilləkənin altında gizli otağın girişi əks olunub.

Fotolar “Reddit”də paylaşılıb.

Fotolardan görünür ki, taxta pilləkən gizli otaq üçün qapı rolunu oynayır.

Nəşrin müəllifinin sözlərinə görə, burada  çoxlu əşyalar, o cümlədən, odunlar, borular, əntiq əşyalar və 1960-1970-ci illərə aid 10-a yaxın şərab şüşəsi tapılıb.

Paylaşım sosial şəbəkələrdə virus kimi yayılıb. İstifadəçilər otağın qorxunc olduğunu bildirərək, görüntülərin dəhşət filmlərində kadrları xatırlatdığını bildiriblər.