Saakaşvili fontanda əyləndi - VİDEO

02:09 20-06-2019 666

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Odessada yayın ləzzətini fəvvarələrdə əylənməklə çıxarıb. Özünü fəvvarələrdə isladan Saakaşvili bu görüntüləri  Facebook səhifəsində paylaşıb:

“Mariupolda fəvvarələr çox gözəldir, amma Odessadakılar da onlardan geri qalmır”, - deyə siyasətçi bildirib.

Ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski də Mariupol şəhərinə səfəri zamanı yerli sakinlərlə görüşdən sonra fəvvarədə əylənmişdi.