Avropa Gənclər Olimpiya Festivalının qalibləri mükafatlandırıldı - FOTO

12:27 29-07-2019 792

Bu gün Milli Olimpiya Komitəsində Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında medal qazanan idmançılar mükafatlandırılıb.

HerGun.Az xəbər verir ki, aşağıdakı idmançılara mükafat verilib:

Bürünc medalçılar - Nihat Məmmədli, Şükran Zamanlı, Məhərrəm İmamverdiyev, Gülşən Bəşirova, Nigar Mirzəzadə;

Gümüş medalçılar - Vüqar Talıbov, Səməd Məmmədli, Gültəkin Şirinova, Elnurə Məmmədova, Mərziyə Sadıqova, Əbülfəz Nəsirov, Sabir Cəfərov;

Qızıl medalçılar - Hüseyn Məmmədov, Turan Bayramov, Fərid Sadıqlı, Qurban Qurbanov, Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli, Kənan Heybətov.

Daha sonra festival zamanı Təhsil Nazirliyi ilə birgə təşkil olunmuş OSEP layihəsi çərçivəsində fərqlənmiş məktəblərin direktorları və ekspertlər qrupu təltif edilib.

Sonda festivalda fəallığı ilə seçilmiş könüllülərə mükafatlar verilib.

Xatırladaq, yeniyetmə komandamız bu turnirdə cəmi 23 medal qazanıb. Bunlardan onu qızıl, yeddisi gümüş və altısı bürünc medaldır. Lakin bəzi güləşçilərimiz yeniyetmələrin Bolqarıstanda keçirilən dünya çempionatında yarışdığından, mükafatlandırmada iştirak edə bilməyib.

Səbuhi Musayev