Siyasətçi onlayn konfrans zamanı təsadüfən özünü yandırdı - VİDEO

07:40 12-12-2020 468

London Administrasiyasının üzvü Tom Sleyx onlayn konfrans zamanı təsadüfən özünü yandırıb.

Lenta.ru-nun məlumatına görə, həmin anlar zərərçəkənin özü tərəfindən “Twitter”də yayımlanıb.

“Bu gün ümid etdiyim şəkildə getmədi”, - deyə Sleyx yayımladığı videoya şərh verib.

Bildirilir ki, məsləhətçi şamı yandırmaq istəyərkən qəza baş verib və masadakı kağızı, həmçinin özünü yandırıb.

Hadisə nəticəsində Sleyxin barmaqları yanıq xəsarəti alıb. Ancaq vaxtında əlini soyuq suya salmasına görə, ciddi xəsarətdən qurtulub.