Zabit Səmədovun klubunun üç üzvü beynəlxalq turnirin qalibi oldu - FOTO

18:45 29-07-2019 791

Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznıda “ACA KB19” (Absolute Championship Akhmat) kikboksinq yarışı keçirilib. 

HerGun.Az xəbər verir ki, yarışda Azərbaycanı məşhur kikboksçumuz Zabit Səmədovun rəhbərlik etdiyi döyüş klubunun idmançıları təmsil ediblər.

“Zabit Samedov Fight Club” bu il açılsa da, artıq ilk beynəlxalq uğurlarını qazanmağa başlayıb. Belə ki, klubun üç yetirməsi Amil Şahmarzadə (-60 kq), Məhəbbət Hümbətov (-67 kq) və Turan Qafarov (-72 kq) qalib olub.

Səbuhi Musayev