Goranboyda ağır yol qəzası - FOTO

22:00 29-07-2019 1283

Goranboy rayonunda üç nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb. 
Oxu Az-ın verdiyi xəbərə görə, hadisə Borsunlu kəndində baş verib. Hadisə nəticəsində "M21" markalı avtomobillə, "Toyota RAV 4" və  "VAZ 21 07" markalı avtomobillər toqquşub.
Nəticədə 62 yaşlı Lətif Abdullayev və 58 yaşlı Maarif Abdullayev xəsarət alıblar. Hər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.
Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma başlanılıb.