Mübahisə qanla bitdi: 36 yaşlı kişi bıçaqlandı
04:00 30-07-2019 833
Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.az-ın Qarabağ üzrə bölgə müxbiri xəbər verir ki, 1983-ci il təvəllüdlü Əsgərov Səyid Sahib oğlu rayonun Bakı küçəsində tanışı ilə mübahisə edib.
Nəticədə o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Bərdə Rayon Polis şöbəsində araşdırma aparılır.