İnsanlar Yerin 2019-cu ildəki havasını, suyunu işlədib qurtarıblar - TƏDQİQAT

10:45 30-07-2019 576

Bəşəriyyət iyulun 29-da planetin il ərzində hasil edə biləcəyi bərpa olunan resursların “limitini” keçib.

“Rosbalt” xəbər verir ki, bu barədə “Global Footprint Network” analitik mərkəzinin məruzəsində deyilir.

Tədqiqatçıların hesablamalarına görə, hazırda Yer əhalisi su, torpaq və təmiz havanı onların bərpa oluna biləcəyindən 1,75 dəfə tez istifadə edir.

Mütəxəssislər qeyd edirlər ki, 2019-cu ildə resursların “illik həcmi”nin tam istifadəsi 20 il əvvəllə müqayisədə təqribən iki ay tez başlayıb.

Analitiklər onu da bildiriblər ki, hamı Rusiyada yaşasaydı, əhalinin tələbatını qarşılamaq üçün ildə 3,2 planet lazım idi. Avstrliyada bu göstərici 4,1, ABŞ-da 5, Hindistanda isə 0,7 planetə bərabərdir.