Tramp G20 sammitində Putinlə görüş keçirəcək

07:54 20-06-2019 631

ABŞ Prezidenti Donald Tramp G20 sammitində rusiyalı həmkarı Vladimir Putin və Çin sədri Si Szinpinlə görüşəcəyini təsdiq edib.

“RİA Novosti” xəbər verir ki, bunu Ağ Evin başçısı “Fox News”a müsahibəsində deyib.

“Mən Rusiya ilə münasibətləri yoluna qoymaq istəyirəm və düşünürəm ki, belə də olacaq. Mən Çin ilə də yola getmək istəyirəm və bunu da düşünürəm. Mən gələn həftə Yaponiyada keçiriləcək G20 sammitində onların hər ikisi ilə görüşəcəyəm”, - deyə, Tramp bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin güclü ölkələrdir və onlarla yaxşı münasibət qurmaq gərəkdir.