İran ABŞ-ın pilotsuz uçuş aparatını vurub - FOTO

08:36 20-06-2019 1170

İran ABŞ-a məxsus “Global Hawk” kəşfiyyatçı pilotsuz uçuş aparatını vurub.

“RİA Novosti” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, ABŞ-a məxsus “Global Hawk” pilotsuz uçuş aparatı İranın hava sərhədlərini pozduqdan sonra Hormozqan əyalətində İİKK-nin Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

ABŞ xəbəri hələki təsdiq etməyib.