“Star Trek” filminin aktyorunun külü 12 il Beynəlxalq Kosmik Stansiyada gizli şəkildə saxlanılıb - FOTO

08:00 30-12-2020 682

“Star Trek” filmində “Skotti” rolunu oynayan Ceyms Duanenin külü Beynəlxalq Kosmik Stansiyada 12 il gizli şəkildə saxlanılıb.

Bu barədə “The Times” xəbər yayıb.

Qəzetin yazdığına görə, 2008-ci ildən bəri sənətkarın külü Yer üzünü 70 min dəfədən çox dövr edib. Bütün bu müddətdə Duanenin qalıqlarının stansiyada saxlanıldığını cəmi bir neçə nəfər bilib.

Bildirilir ki, aktyorun qohumları sahibkar və “Ultima” oyununun tərtibatçısı Riçard Qerriota müraciət edərək, ondan aktyorun fotoşəkillərinə laminasiya edilmiş külünü BKS-ə çatdırmasını istəyib.

Biznesmen həmin fotoşəkili 2008-ci ildə BKS-ə kosmik turist olaraq səfəri zamanı Kolumbus modulunun daxili örtüyünün altında gizlədib. Cərimədən qorxduğu üçün o, Duanenin yaxınlarından bunun gizli qalmasını istəyib.

Aktyorun oğlunun sözlərinə görə, ailə Qerriota minnətdardır, çünki Dueniin üç böyük həvəsi var idi: kosmos, elm və qatarlar. O, həmişə kosmosa çıxmağı xəyal edib.