Azərbaycan üçün unikal şans - Onların dialoqu Bakıda baş tuta bilər

15:54 30-07-2019 664

Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçilsə, İrandakı müxtəlif dairələr ortaq məxrəcə gələrək hansısa üçüncü dövlətin vasitəsilə Vaşinqtonla dialoq imkanlarını nəzərdən keçirə bilər.

HerGun.Az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu İranla ABŞ-ın danışıqlara nə zaman başlayacağı məsələsini şərh edərkən bildirib. 

Onun sözlərinə görə, bu mənada Azərbaycan üçün gələcəkdə unikal şans yarana bilər. 

“Rusiya-NATO dialoqu Bakıda həyata keçirilir. Rəsmi Bakı Vaşinqton-Tehran dialoqunun da Azərbaycan paytaxtına həyata keçirilməsini təklif edə bilər. Bu həm İranın, həm də Amerikanın maraqlarına uyğun olar. Azərbaycan bu iki dövlət arasında müharibə istəmir, eyni zamanda həm İranla, həm də ABŞ ilə tərəfdaşlığını artırmaq istəyir. ABŞ Azərbaycanın vasitəçiliyinə etiraz etməz”, - politoloq əlavə edib.

Samir İsayev