Azərbaycanlı Xalq artistinin həyat yoldaşı Nyu-Yorkun məşhur teatrında çıxış edəcək

09:00 04-01-2021 611

Nyu-Yorkun məşhur Metropoliten-opera teatrında dünyaca məşhur ifaçıların iştirakı ilə Françesko Çielanın “Adriana Lekuvryor” tamaşası nümayiş etdiriləcək.

HerGun.Az xəbər verir ki, tamaşaya Bakı vaxtı ilə yanvarın 5-i saat 04:30-dan yanvarın 6-sı saat 02:30-a kimi pulsuz “Met” mobil tətbiqi və teatrın rəsmi saytı vasitəsilə baxmaq mümkündür. 

Tamaşada azərbaycanlı Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, opera divası Anna Netrebko da ifa edəcək.