Niki Minaj təcavüzçü qatillə evlənir - FOTO

21:54 30-07-2019 783

Qalmaqallı imici ilə tanınan dünya şöhrətli repçi Niki Minaj və sevgilisi Kennet Petti evlənmək qərarına gəliblər.

TMZ nəşrinin yaydığı məlumata görə, cütlük evlənmək üçün Los-Ancelesdə toy lisenziyası alıb.

Mərasimin nə vaxt baş tutacağı bilinməsə də, Niki ilə Kennetə təqdim olunan sənəd 90 gün müddətində etibarlıdır.

Sevgililər fikirlərini dəyişməzlərsə, payızda Niki ilk dəfə ailə quran xanım sənətçilər kimi “xoşbəxt həyat yoldaşı” tituluna sahiblənəcək.

Nikki və Kennet keçən ildən görüşməyə başlasalar da, cütlük yetkinlik yaşlarından bəri bir-birlərini tanıyırlar. Onların sevgi münasibətləri bəzi texniki məsələlərə görə, daha əvvəl başlaya bilməyib.

Belə ki, 1995-ci ilin aprelində, Kennet 16 yaşında olanda, təcavüz cəhdinə görə dörd il həbs cəzasına məhkum edilib. Ancaq bu, Nikinin sevgilisinin son məhbusluğu olmayıb.

2002-ci ilin aprel ayında Kennet daha bir cinayət törədib. O, bir şəxsi ölümcül yaralayıb və daha 7 ilini dəmir barmaqlıqlar arxasında keçirib.

40 yaşını adlayan Kennet hazırda planetin ən populyar reperlərindən biri Niki Minajın sevgilisidir. Minaj Kenneti öz kliplərində çəkir və onunla çox xoşbəxtdir.

Rəşad Əliyev