“Bavariya” “Fənərbahça”nı 6:1 məğlub etdi – VİDEO

03:27 31-07-2019 770

“Bavariya” asanlıqla Türkiyə qrandı ilə haqq-hesabı çürüdüb “Audi Cup”ın finalına vəsiqə qazandı.

Ua-football.com” xəbər verir ki, sabah finalda münhenlilər “Totenhem”lə qarşılaşacaqlar.

Oyunun ilk dəqiqələrində Almaniya çempionu türklərin qapısına yol tapa bilmirdi. Lakin ilk yarının ortalarında “Fənərbahça”nın müdafiəçisi Kaldırım zədələnərək oyunu tərk etdi və bundan sonra İstanbul təmsilçisinin müdafiəsi dağıldı. Sançes, Qoretski, Koman və iki dəfə Müller ard-arda beş top vurdular.

İkinci hissədə oyunun tempi aşağı düşdü. Vurulan iki qol kobud səhvlərin nəticəsi oldu. Əvvəlcə Müller “Fənərbahça”nın qapıçısı Tekinin səhvindən yararlanaraq özünün üçüncü topunu vurdu, sonra isə “Bavariya”lı Qoretski türklərin alman hücumçusu Kruzeyə dəqiq ötürmə etdi.  

Audi Cup-2019. Münhen, «Alyants Arena»

“Bavariya” (Münhen)“Fənərbahça” (İstanbul) - 6:1