Leo Sibirdəki dəhşətli yanğınlardan yazdı

10:54 31-07-2019 756

Tanınmış Hollivud aktyoru Leonardo Di Kaprio Sibirdəki genişmiqyaslı yanğınla bağlı sosial şəbəkədə paylaşım edib.

Leo 33 milyonluq “Instagram” hesabında “The Guardian” nəşrinin yanğınla bağlı dərc etdiyi görüntüləri və məlumatları paylaşıb:

“Qrinlənd, Sibir və Alyaskadakı geniş yanğınlar və qatı tüstü kosmosdan da aydın sezilib. Dünya Meteoroloji Təşkilatı bildirib ki, yanğınlar bir ay ərzində bütün İsveçin bir ildə havaya buraxdığı karbon qazına bərabərdir”, - deyə yazıda bildirilir.

Qeyd edək ki, Rusiya Krasnoyarsk və İrkutsk regionunda meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edib. Yanğın əsasən Sibirdə, Arktikanın bəzi hissələrində üç milyon hektaradək ərazini əhatə edir və yayılmaqda davam edir.

Rəşad Əliyev