BMW-nin satışları koronavirus səbəbindən 8.4% azalıb

05:20 13-01-2021 493

Almaniyanın BMW şirkəti istehsal etdiyi avtomobillərin satış həcminin 8.4% azaldığını bildirib.

Avropa avtonəhəngi bu azalmanı ötən il ərzində koronavirus pandemiyası səbəbindən bir çox pərakəndə satış mərkəzlərinin öz fəaliyyətini müvəqqəti olaraq dayandırması ilə əlaqələndirib. 

“Satışıların azalmasına baxmayaraq, ötən ilin dördüncü rübündə istehlakçı tələbatında, illik müqayisəyə əsasən 3.2%-lik artım qeydə alınıb. Ümumiyyətlə, dördüncü rübü şirkət üçün uğurlu saymaq olar. Belə ki, biz premium avtomobilləri sektorunda yenidən dünya birinciliyinə yüksələ bildik”, - deyə şirkətin rəsmi məlumatında bildirilir.

Qeyd edək ki, baş ofisi Münhendə olan şirkət 2020-ci il ərzində 2 324 809 ədəd avtomobil satıb. Avropada satışlar 15,7%, ABŞ-da isə 18% aşağı düşüb.