Vətən müharibəsində qanı ilə tarix yazan şəhidimiz

12:40 13-01-2021 537

Vətən müharibəsinin tarix yazan şəhidlərindən biri də İzzətli Fərid Aydın oğludur.

Şəhid leytenant İzzətli Fərid 21 mart 1994-cü ildə Şəki şəhərində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.

2015-ci ildə akademiyanı leytenant olaraq bitirib və xidmətinə Bakı şəhəri “N” saylı hərbi hissədə davam edib. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2018-ci ildə Qusar rayonunda “N” saylı hərbi hissəyə təyinat alıb. 

Şəhid leytenantımız II Qarabağ savaşı başlayan gündən Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı rayonları uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib.

Fəridin sonuncu dəfə ailəsi ilə telefon əlaqəsi elə şəhadəti günü olub. O, atası ilə telefon danışığından bir neçə saat sonra 21 oktyabr 2020-ci ildə Qubadlıda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz 22 oktyabr 2020-ci ildə Şəkidə dəfn olunub. Fərid İzzətli ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid leytenantımızdan yaş yarımlıq oğlu yadigar qalıb. 

Trend