Nümayəndələr Palatası Trampın impiçmenti məsələsini müzakirə edir

20:20 13-01-2021 35

ABŞ Konqresinin Nümayəndələr Palatasında Prezident Donald Trampın impiçmenti məsələsinə baxılır.

Bu barədə öz “Twitter” səhifəsində parlament müxbiri Jamie Dupre yazıb.

O, qeyd edib ki, bir saat ərzində konqresmenlər Prezidentin vəzifəsində kənarlaşdırılması barədə debatların ardıcıllıq qaydasını müəyyən edəcək, daha sonra impiçmentlə bağlı iki saat müzakirələr aparılacaq.

Qeyd edək ki, hazırda Nümayəndələr Palatasında Demokratlar üstünlük təşkil edir.