Baydenin andiçmə mərasimi ilə əlaqədar Vaşinqtonda metro stansiyaları bir həftəlik bağlanır

11:20 14-01-2021 410

Yeni seçilmiş prezident Co Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasimi zamanı təhlükəsizliyi təmin etmək üçün Vaşinqtonun mərkəzində 13 metro stansiya təxminən bir həftə müddətinə bağlanacaq.

TASS-ın məlumatına görə, bu barədə Vaşinqton Nəqliyyat Departamentinin rəhbəri Pol Widefeld bəyan edib.

Bildirilir ki, stansiyalar cari həftənin cümə günündən gələn həftənin cümə axşamına kimi bağlı qalacaq. Həmin müddətdə digər metro stansiyalarında qatarların gözləmə müddəti 12-15 dəqiqəyə çatacaq. Qatarlar qapalı stansiyalardan dayanmadan keçəcəklər.

Qeyd edək ki, ABŞ paytaxtının mərkəzində yolların bir hissəsi andiçmə mərasimi ilə əlaqədar çərşənbə axşamı gününün ikinci yarısından bağlanıb.