Çinli mütəxəssislər “Pfizer” peyvəndinin istifadəsinin əleyhinədir

01:20 16-01-2021 325

Çinli tibb mütəxəssisləri Norveçi və digər ölkələri xüsusilə yaşlı insanlara “Pfizer” peyvəndinin vurulmasını dayandırmağa çağırıb.

Bu barədə “Global Times” nəşri məlumat yayıb.

Qeyd olunur ki, bu çağırış Norveçdə 23 yaşlı şəxsin “Pfizer” peyvəndi vurdurandan bir müddət sonra vəfat etməsi xəbərindən sonra səsləndirilib.

Çinli immunoloqlar hesab edir ki, “Pfizer” peyvəndi tələsik hazırlanıb və təhlükəsizliyi sübut olunmayıb.