Neymar etiraf etdi: “Karyeramı bitirmək barədə düşünürdüm”

04:40 17-01-2021 332

Braziliya milli komandasının və PSJ klubunun 28 yaşlı ulduz futbolçusu Neymar etiraf edib ki, idmançı karyerasını bitirmək barədə ciddi-ciddi düşünüb.

Futbolçu bu barədə “Gaffer” nəşrinə müsahibəsində deyib.

“Futbola olan həvəsimi heç vaxt itirməyəcəm, amma futbol oynamağı dayandırmaq istədiyim vaxtlar olub. Bir gün iş o yerə çatdı ki, özümdən soruşdum, insanlar xoşlamırsa niyə davam etməliyəm?! 

Əvvəllər evə əsəbi halda qayıdırdım, lakin sonra buraya qədər gəlib çıxmaq üçün nələrdən keçdiyimi düşünməyə başladım. Futbola olan sevgim və bütün bunlar məni yalnız sakitləşdirdi və reallığa qaytardı”, - deyə Neymar vurğulayıb.