Azərbaycanlı Rusiya ilə sərhəddə içib dava saldı

17:18 31-07-2019 1566

Dağıstanda sərhəd məntəqəsində dava salan Azərbaycan vətəndaşı məsuliyyətə cəlb edilib.

Müəyyən edilib ki, Rusiyanın dövlət sərhədini keçərkən buraxılış məntəqəsində dava salan D.Müftiyev sərxoş vəziyyətdə olub.

İnsidentin səbəbi barədə məlumat verilmir.

Məhkəmənin qərarı ilə onu 30 min rubl məbləğində cərimələyiblər. Qərar qanuni qüvvəyə minib.