Vidadi Həsənov Xalq artisti olmasından xəbərsiz imiş: Sizdən eşitdim

17:45 31-07-2019 682

Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu gün fəxri ada layiq görülən aktyor Vidadi Həsənov Xalq artisti adı almasından xəbərsiz olub. 

HerGun.Az-ın əməkdaşının ona zəngi zamanı Xalq artisti olduğunu öyrənən V.Həsənov bunun gözlənilməz olduğunu deyib.

“Şad xəbərə görə çox sağ olun. Çox sevindim. İlk xəbəri sizdən aldım. Hər kəsə öz təşəkkürümü bildirirəm. Amma düzün deyim ki, bu mənim üçün gözlənilməz oldu. Məni bu ada layiq görənlərə təşəkkürümü bildirirəm”. 

Qeyd edək ki, Vidadi Həsənov 2016-cı ildən “M. Teatr Production”ın bədii rəhbəridir.

Sevinc Yasinqızı